Dəhşətli qəzaya düşən turistin Bakıya gətirilmə anı | Qəbələ
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 15-i Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfərdən biri ötən gün Qəbələdən Bakıya helikopterlə təxliyə olunub.
Açıq kəllə-beyin travması, beyindaxili qansızma, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulmuş 1999-cu il təvəllüdlü qadının vəziyyəti kritik-ağır olaraq qiymətləndirilib.
Həmin şəxs xarici vətəndaş olub. Daha ixtisaslı tibbi yardım üçün TƏBİB və Fövqəladə Hallar Nazirliyinin birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının nəzarəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib.
Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin vəziyyətini nəzarətdə saxlayıb.
#Qəbələ rayonu teqi istifadə olunub
- “Belə yaşamaqdansa, kirayə qalmaq sərfəlidir” | Həll edilməyən problem sakinləri bezdirdi - Baku TV
- "Ağıllarına gələni yazırlar" | Ev sahibi Qəbələdəki müəmmalı ölümlə bağlı danışdı - Baku TV
- Qəbələdə istirahət üçün kirayələnən evdə dəhşətli hadisə
- Kirayə tutulan evdə nə baş verdi? - Qadının faciəvi sonu - Baku TV CANLI
- İstirahətə gedən qadın hovuzda ölü tapıldı | Qəbələdəki dəhşətli hadisənin səbəbi nədir? - Baku TV
