Dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasından atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə dələduzluqda şübhəli bilinən qadın özünü Prokurorluğun binasından yerə atıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Turalə Aslanova iyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda müqavilə əsasında xidmət göstərən vəkili Emin Kiçikbəyovun iştirakı ilə dindirilməsi üçün Şəhər Prokurorluğuna dəvət edilib. O, bir neçə şəxsə məxsus ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq maddəsi ilə şübhəli bilinib.
İstintaq zamanı Turalə Aslanova Şəhər Prokurorluğunun inzibati binasının ikinci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır xəsarət alıb. Yaralı dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Lakin həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
