Demişdim ki, ikisindən biri öləcək | Əri tərəfindən qətlə yetirilən qadının anası fəryad etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda ər arvadını amansızcasına qətlə yetirib.
Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Lənkəran şəhər sakini 41 yaşlı Günel Tahirova xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 46 yaşlı İman Tahirov könüllü şəkildə polisə təslim olub.
Mərhumun anası Firəngiz Məmmədova hadisənin detalları barədə Baku TV-yə danışıb.
“Demişdim ki, ikisindən biri öləcək. Mənə dedilər, ailə münaqişəsidir, sizin qarışmağa ixtiyarınız yoxdur. Oğlan bizə gəlib yeməyini yedi, sonra dedi ki, qızını öldürüb qapını kilidləmişəm, indi də polisə gedirəm”, ‒ o bildirib.
F.Məmmədova hadisəyə nəyin səbəb olduğu barədə də məlumat verib: “Qızımın iş yoldaşının külli miqdarda borcu var, hazırda həbsdədir. Həmin oğlan qızımı məcbur edib ki, evi satıb pulu ona versin və o da həbsdən çıxsın”.
Qeyd edək ki, İman Tahirovun Günel Tahirovadan iki övladı var. Onlardan biri universitet tələbəsidir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
