Dəniz quşlarının kütləvi ölümü nə ilə bağlıdır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınıb.
Dəniz quşlarının tələfatı əsasən şəhərin “Kiçik bazar” adlanan ərazisində müşahidə olunub.
Köçəri quşlar sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların arasında ölmüş vəziyyətdə aşkarlanır.
Sakinlərin sözlərinə görə, onlar belə kütləvi quş ölümü ilə ilk dəfədir qarşılaşırlar.
Mütəxəssislər ehtimal edirlər ki, dəniz balıqları ilə qidalanan bu quşların kütləvi ölüm halı bir neçə amillə bağlı ola bilər. Bu amillər əsasən qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri, eləcə də virus mənşəli xəstəliklər ola bilər.
Qarabatdaq quşlarının ölümünün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacibliyi vurğulanır.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
