DİN-dən böyük əməliyyat | Saxlanılan əcnəbilərlə bağlı açıqlama verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin noyabr ayı ərzində Bakıda qanunsuz yaşayan 92 əcnəbi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanın ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycanda olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub. Həmin şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
Həmçinin bildirilib ki, cari ilin 11 ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 531 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
