DİN-dən əməliyyat | 157 kq narkotik dövriyyədən çıxarıldı
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirib.
Nazirlikdən verilən məlumata görə, əməliyyatlar nəticəsində 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub.
Əməliyyatlarla “qara bazar”da dəyəri 6 milyon manat olan 157 kiloqram, o cümlədən 91 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 42 kiloqram heroin, 17 kiloqram metamfetamin, 7 kiloqram tiryək, həmçinin digər növdən olan narkotik vasitə, 12 211 ədəd psixotrop tərkibli həblər, 1 ədəd tapança, 13 ədəd patron və 2 ədəd patron sandıqçası ələ keçirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- DİN əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini yad ediblər - Baku TV
- 2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT
- DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV
- DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV
