DİN-dən əməliyyat: Qobuda 35 kq narkotik vasitə aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Qobu qəsəbəsində keçirilən əməliyyat zamanı 35 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis bölməsinə əvvəllər məhkum olunan 40 yaşlı Arafat İsmayılovun Qobu qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.
Evə baxış zamanı 7 kiloqram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 68 ədəd ümumi çəkisi 28 kiloqram çətənə kolu aşkarlanıb. Arafat İsmayılov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
