DİN-dən saxlanılan baş redaktor və müxbirlə bağlı təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Realmedia.az" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.
Fakt əsasında Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
"Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər", – DİN-dən vurğulanıb.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
