DİN Nərimanovda əməliyyat keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonunda avtomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə quraşdırılan dəmir tumbaları oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa təqdim ediliblər.
Araşdırmalarla müəyyən olunub ki, E.Həsənov özünəməxsus avtomobillə tanışları C.Mirzəyev və E.Əliyevlə birlikdə gecə saatlarında insanların olmamasından istifadə edərək parka gediblər. Oradan ümumilikdə 14 dəmir tumbanı oğurlayıblar. Dəstə üzvləri daha sonra həmin tumbaları müxtəlif ünvanlarda yerləşən əlvan metal qəbulu məntəqələrinə pul müqabilində satıblar.
Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi həmin məntəqələrdən aşkar olunaraq maddi sübut qismində götürülüb. Saxlanılan şəxslərin oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
