DİN rəhbərliyi İmişlidəki qəza ilə bağlı suallara aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin rəhbərliyi yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənləri qəbul edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.
Vurğulanıb ki, DİN hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirləri diqqət mərkəzində saxlayır.
Görüşdə zərərçəkənləri maraqlandıran suallar da cavablandırılıb.
Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəyib. Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.
#İmişli teqi istifadə olunub
- İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR
- Masallı və İmişlidə böyük əməliyyat | Külli miqdarda narkotik götürüldü - Baku TV CANLI
- İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV
- İmişlidə yeni açılan DOST filialı yerli sakinlərə operativ xidmət təmin edəcək - Baku TV
- İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV
