Pleyeri seçin:

Direktor tapşırırdı ki... | Novxanıdakı reabilitasiya mərkəzində nə baş verir?

18 iyul 2024 443 baxış

Alkoqolizmdən əziyyət çəkən Elvin Eyvazovun müalicə üçün yerləşdirildiyi reabilitasiya mərkəzlərindən birində işgəncələrə məruz qalması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Elvin Eyvazov Baku TV-yə açıqlamasında zorakılığa məruz qaldığını təsdiqləyib:

“Mərkəzin direktoru, proqram rəhbəri və orada müalicə alan bəzi şəxslər tərəfindən döyülürdüm. Məni hovuza atırdılar, əl-qolumu bağlayırdılar, taxtanı belimdə qırırdılar. Üzüm, gözüm şiş, qan içində olduğuna görə ailəmlə görüntülü danışa bilmirdim. Zəng edəndə üzümü göstərməmək üçün deyirdilər ki, guya internet kəsilib. Məndən başqa burada bir-iki nəfərə də belə təzyiq göstərirdilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, araşdırma zamanı mərkəzin təsisçiləri, eləcə də əməkdaşları Emin Əliyev və Orxan Şirinov müalicə müddətində Elvin Eyvazova psixi və fiziki zor tətbiq etmədiklərini bildiriblər:

“Reabilitasiya mərkəzində müalicə alan Şamil İbrahimov isə izahatında həmin gün E.Eyvazovun aqressiv hərəkətlər etməsi səbəbindən ona irad bildirdiyini və qolundan tutaraq masaya əyləşdirdiyini bildirib.

Araşdırmaların yekunu olaraq 17 iyun 2024-cü il tarixində reabilitasiya mərkəzində Şamil İbrahimovun orada müalicə alan E.Eyvazovun sifət və qol nahiyələrinə xəsarət yetirməsi nəticəsində sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyi sübuta yetirilib. Şamil İbrahimovun hərəkətində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək barəsində inzibati tənbeh tədbirləri görülüb”.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 443 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 443 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 443 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 443 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 443 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 443 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 443 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 443 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 443 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 443 baxış
Seçilmişlər
icon