Dolunun Goranboya vurduğu ziyanın miqyası açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 30-da Goranboy rayonuna yağan leysan və dolu nəticəsində dəymiş ziyan açıqlanıb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, güclü yağış və dolu zamanı çaylarda suyun səviyyəsi artıb, ümumilikdə 3 436 yerdə fəsadlar qeydə alınıb.
Təbiət hadisəsi əsasən Börü və Gürzallar kəndlərində yol infrastrukturuna, Dəliməmmədli şəhəri, Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Muzdurlar kəndlərində bir neçə fərdi yaşayış evlərinə, iribuynuzlu mal-qaraya və əkin sahələrinə ziyan vurub.
Nəticədə 25-dək fərdi yaşayış evinin dam örtüyü və zirzəmisi, 5 ədəd minik avtomobili, 35 hektar taxıl sahəsi və 5 hektar nar bağına ziyan dəyib. 4 baş iribuynuzlu mal-qara və 200 baş ev quşu tələf olub.
Hazırda dolu və güclü yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
