DSX sərhəd pozucularını saxladı
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidməti martın 10-da ölkə sərhədinin pozulmasına cəhd halları ilə bağlı məlumat yayıb.
Bildirilib ki, əməliyyat tədbirlərinin birində “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Mikayıllı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bundan başqa, yenə eyni tarixdə “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiya ərazisinə keçməyə cəhd göstərən iki Azərbaycan vətəndaşı – 17 yaşlı Mahmudov Rəhman Aydın oğlu və 15 yaşlı Qədirov Paşa Vüqar oğlu saxlanılıb.
“Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunda yerləşən xidməti ərazisində isə ölkəmizdən Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Qvineya vətəndaşı – Camara Musa və Liberiya vətəndaşı Vhyee Sami Saye saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, ancaq dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan da Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
