Pleyeri seçin:

DTX-dən əməliyyat | Ordumuzla bağlı görüntülər yayan şəxs istintaqa cəlb edildi

18 mart 2025 290 baxış

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib.

Bu barədə Dövlət Təklükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, 17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.

Faktla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, aparılan ilkin araşdırmalar nəticəsində yayımlanan videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib.

Müəyyənləşdirilib ki, Azərbaycan vətəndaşı 18 yaşlı Səməd Bəhman oğlu Rüstəmov 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparıb və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün "TikTok" sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bundan sonra həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub.

Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.

"Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcək", ‒ deyə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 290 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 290 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 290 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 290 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 290 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 290 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 290 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 290 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 290 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 290 baxış
Seçilmişlər
icon