Əhmədlidə qorxulu anlar | FHN təcili əməliyyat keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Əhmədli qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd 30 mm-lik zenit artilleriya yivli top mərmisi, bir ədəd 14,5 mm-lik mərmi, 5 ədəd 7,62 mm-lik LPS atıcı silah mərmisi, 32 ədəd 7,62 mm-lik PS atıcı silah mərmisi, 96 ədəd 5,45 mm-lik atıcı silah mərmisi, bir ədəd RQD-5 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, bir ədəd AK-74 güllə darağı olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
#Əhmədli qəsəbəsi teqi istifadə olunub
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Xətaidə qorxulu yanğın | Kişini ölümə aparan hadisə necə baş verib? - Baku TV CANLI
- Xətaidə ərzaq köşkündə faciə ilə nəticələnən yanğın | Əməkdaşımız hadisə yerində - Baku TV
- Torpaq sürüşməsi park edilən avtomobillərə ciddi ziyan vurdu
- Bakıda eyni yerdə ikinci dəhşət | Torpaq sürüşməsi olan ərazidə niyə tədbir görülməyib? - Baku TV
