Pleyeri seçin:
FHN-dən məlumat: Ağstafada itkin düşən 3 yaşlı uşaq tapıldı?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 6-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Göycəli kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 2020-ci il təvəllüdlü uşağın itkin düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xüsusi təlim keçmiş it cəlb olunmaqla axtarış-xilasetmə işlərinə başlanılıb.
Fasiləsiz olaraq həyata keçirilmiş axtarış tədbirləri nəticəsində xilasedicilər tərəfindən azyaşlı səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Kopyalandı
#Ağstafa teqi istifadə olunub
- Ağstafada müəllimlər arasında yaranan mübahisə xəsarətlə nəticələndi - 24 SAAT
- “Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV
- Ağstafada iki nəfər arasında başlayan mübahisənin dəhşətli sonu - Baku TV CANLI
- “İnanmadım ki, Sabir belə iş görə” | Ağstafada faciə | Parkdakı söz-söhbət qanla bitdi - Baku TV
- Ağstafada video çəkən yeniyetmə xəstəxanalıq oldu - Baku TV CANLI
