FHN-dən Sumqayıtdakı fərdi yaşayış evində baş verən partlayışla bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Novxanıda dağıntılar altından çıxarılan 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.
Bu barədə jurnalistlərə açıqlamasında Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik Mirfuad Mahmudov deyib.
“112 Zəng mərkəzinə Sumqayıt şəhəri, Novxanı bağlar massivində partlayış hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin, o cümlədən Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində təhlükəsiz tədbirləri görülüb, ilkin kəşfiyyat zamanı məlum olub ki, dağıntılar altında iki nəfər vətəndaş qalıb. Dərhal xilasetmə işləri əməliyyatlarına başlanılıb, iki nəfər sağ olaraq xilas edilərək aidiyyəti üzrə təcili tibbi yardım heyətinə təhvil verilib və xəstəxanaya evakuasiya olunub. Vəziyyətləri orta ağır qiymətləndirilir”, – məlumatda bildirilib.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
