FHN-dən yanğınla bağlı son dəqiqə açıqlaması
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda baş verən yanğın zamanı təxliyə həyata keçirilməyib.
Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının əməliyyat müvəkkili, daxili xidmət polkovnik-leytenantı Ruslan Pirəlizadə bildirib.
“Saat 19:12-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında müxtəlif təyinatlı obyektlərdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə Yanğından Mühafizə Xidmətinin bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnikası və şəxsi heyəti cəlb olunub. 4 dəqiqə ərzində yanğınsöndürmə bölmələri hadisə yerinə çatmış və yanğın kəşfiyyatı zamanı məlum olmuşdur ki, yaşayış binasına bitişik yüngül konstruksiyalı kafe kimi fəaliyyət göstərən 2 obyekt yanıb.
Yanğın nəticəsində ümumi sahəsi 90 kvadratmetr olan kafenin biri və artırma hissəsi tam yanıb. Ona bitişik kafenin dam örtüyünün 30 kvadratmetr sahəsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb, təxliyə baş verməyib”, – R.Pirəlizadə qeyd edib.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
