Pleyeri seçin:
FHN-in əməliyyat anı | Sürücü və sərnişinlər belə xilas edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda yol qəzası qeydə alınıb.
Vaqif prospektində “Niva” markalı maşınla “VAZ-21015” markalı nəqliyyat vasitələrindən biri ötmə əməliyyatı edərək digərinin qarşısına çıxıb. Yüksək sürətlə toqquşmuş avtomobillərin hər ikisinin sürücüləri ağır xəsarət alıb.
“VAZ-21015”in yaralı sürücüsü salonda sıxışıb qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Onlar xüsusi texnika ilə avtomobilin salonunda sıxışıb qalan sürücüyə yardım edib. Yaralı təcili tibbi yardım briqadasına təhvil verilib.
Qəza nəticəsində hər iki maşın deformasiyaya uğrayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Kopyalandı
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
