Pleyeri seçin:
FHN Şamaxıda yanğın ərazisində
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda 7 hektarlıq sahə yanır, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə həyata keçirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.
Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Kopyalandı
#Şamaxı teqi istifadə olunub
- 5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər
- "Yanında uşaqlar olub..." | Şamaxıda azyaşlının faciəvi ölümünün detalları məlum oldu - Baku TV
- Şamaxıda faciəvi hadisənin detalları məlum oldu - Baku TV CANLI
- “Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV
- Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV
