Gəncə məktəbində qanla bitən qorxunc hadisə: 9-cu sinif şagirdi... - Baku TV
Gəncədə daha bir məktəbli insidenti qanla nəticələnib.
Hadisə aprelin 29-u günorta saatlarında şəhərin 9 saylı tam orta məktəbində şagirdlər arasında qeydə alınıb.
Məlumata görə, məktəbin səkkizinci sinfində oxuyan oğlan mübahisə zamanı doqquzuncu sinif şagirdinə kəsici alətlə xəsarət yetirib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən uşaq xəstəxanasına 2011-ci il təvəllüdlü kişi cinsli şəxs daxil olub. Uşağa döş qəfəsinin kəsilmiş yarası diaqnozu qoyulub, zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Hər iki şagirdin valideynləri məktəbə dəvət olunub, onlarla profilaktik söhbət aparılıb.
Qeyd olunub ki, şagirdlərin fiziki və psixoloji vəziyyəti məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda sağlam psixoloji mühitin bərpası və stresin idarə olunması məqsədilə məktəbdə şagirdlər və pedaqoji heyətlə maarifləndirici görüşlərin keçirilməsi tapşırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
