Girməyi ilə batmağı bir oldu | 12 yaşlı oğlanın boğulması barədə təfərrüatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunun Digah kəndi yaxınlığında məktəbli süni göldə boğulub.
Hadisə iyunun 3-də baş verib. 2012-ci il təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən çıxarılıb.
Mərhumun qonşuları süni gölün dərin olduğunu söyləyiblər:
“Gecə suda qalıb, dalğıclar nəşini səhər çıxarıblar. Uşaq çimməyə gedib, paltarlarını kənara qoyub gölə girib. Su soyuq olub, düşməyi ilə batmağı bir olub”.
Qeyd edək ki, 12 yaşlı Yusif 2023-24-cü tədris ilində məktəbə getməyib. Məktəb rəhbərliyi bu barədə onun ailəsi ilə də söhbətlər aparıb, ancaq şagirdi tədrisə cəlb etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
