Gömrük postunda ifşa oldular | Azərbaycandan keçərək Rusiyaya nə daşıyırdılar?
Yeniliklərdən dərhal xəbərdar olun
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, İrandan Rusiyaya “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
#Astara Gömrük İdarəsi teqi istifadə olunub
- Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI
- Dövlət Gömrük Komitəsi əməliyyat keçirdi | Gizlədilən qablaşdırmalar ortaya çıxdı - Baku TV
- Şok hadisənin ifşası | Kafel yapışdırıcısı adı ilə görün nələri daşımaq istədilər
- Narkokuryerlərin planları belə alt-üst edildi
- “Kahı” planı yenə əllərində partladı | Gömrükdə nələr ortaya çıxdı?
