Pleyeri seçin:
Goranboyda baş verən yanğında çox sayda heyvan tələf oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda güclü yanğın 230 baş xırdabuynuzlu heyvanın tələf olmasına səbəb olub.
Dəhşətli hadisə rayonun Nadirkənd ərazisində, Mahir Məmmədova məxsus tövlədə qeydə alınıb. Gecə saatlarında alovlanan tövlədə olan 230 baş qoyun-quzu yanaraq tələf olub.
Təsərrüfat sahibi heyvanlardan heç birini xilas etməyin mümkün olmadığını deyib. Kənd sakini ona 60 min manatdan artıq ziyan dəydiyini bildirib.
Goranboyda baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 108 m² olan tövlənin yanar konstruksiyaları yanaraq külə dönüb. Bitişik tikili yanğından mühafizə olunub.
Baş verən hadisə ilə bağı araşdırmalar davam etdirilir.
Kopyalandı
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
