Pleyeri seçin:
Goranboyda kəndləri sel apardı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunda güclü yağış fəsadlar törədib.
Leysan nəticəsində yaranan sel rayonun Şəfibəyli, Börü və Qarqucaq kəndlərində həyətyanı və əkin sahələrinə, kənddaxili yollara, şəxsi təsərrüfatlara ziyan vurub. Sel Qarqucaq kəndində körpünü qəzalı vəziyyətə salıb.
Bundan başqa, Goranboy rayonundakı Goran çayından sel keçib. Sakinlərin sözlərinə görə, yay aylarında quraq olan çay güclü yağışdan sonra daşaraq əkin sahələrinə ziyan vurub.
Yaranan fəsadların aradan qaldırılması üçün Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən monitorinq aparılır.
Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Kopyalandı
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
