Goranboyda şagirdi döyən direktor barəsində hansı qərar verildi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunda şagirdi döyən məktəb direktoru barəsində cinayət işi başlanılıb.
Hadisə Qızılhacılı kəndində yerləşən 1 nömrəli orta məktəbdə qeydə alınıb.
Məlumata görə, həmin məktəbin direktoru, 60 yaşlı Məlahət Abbasova (şərti ad) müəllimlər otağında 10-cu sinif şagirdini fiziki zorakılığa məruz qoyub. Hadisəyə səbəb şagirdin məktəbdən kənarda digər yeniyetmələrlə dava etməsi olub.
Bildirilir ki, direktor əvvəlcə şagirdi müəllimlər otağında insanların çox olduğu bir vaxtda danlayıb. Daha sonra isə ətrafdakı şəxslərə məhəl qoymadan şagirdi nalayiq ifadələrlə təhqir edib, onun qol və boyun nahiyələrinə zərbələr endirib. Nəticədə, məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Məlahət Abbasova barəsində cinayət işi açılıb. Məhkəmə prosesində direktor "Konstitusiya və Suverenlik İli" çərçivəsində barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib. Goranboy Rayon Məhkəməsinin qərarı ilə Məlahət Abbasova barəsində aparılan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
