Göyçayda dəhşətli qətl | Baş Prokurorluqdan təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda tanışını odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri məlumat yayıb.
Məlumata görə, avqustun 20-də 1987-ci il təvəllüdlü Ramin Malxasov odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin zərərçəkmişin tanışı 1995-ci il təvəllüdlü Əhməd Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilərək avqustun 21-də barəsində axtarış elan olunub.
Əhməd Əhmədov avqustun 24-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#Göyçay teqi istifadə olunub
- "Soruşan yoxdur ki, satırsınız?" | Nar bağlarındakı xəstəlik səbəbi nədir? - Baku TV
- Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI
- Göyçayda güclü yanğın | 3 ailənin yaşadığı ev külə döndü - Baku TV
- Göyçayda dəhşətli yanğın | Ev sahibinə 100 mindən çox ziyan dəydi - Baku TV CANLI
- “Övladlarımız hər an təhlükədədir” | Sakinlər təşvişdə | “Yaxşı ki, heç kəsin başına...” - Baku TV
