Göyçayda dəhşətli qətl hadisəsi baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda dəhşətli qətl baş verib. Həmyerlilərin mübahisəsi ölümlə bitib.
Hadisə mayın 23-də axşam saatlarında Göyçay-Ucar yolunun rayonun Kürd kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini 25 yaşlı Mehdi Məmmədov aralarında yaranan şəxsi münasibətlər zəminində həmyerlisi 45 yaşlı Rza Əhmədova kəsici alətlə ağır xəsarətlər yetirib. Zərbənin təsirindən Rza Əhmədov elə hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb. Rza Əhmədovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Hazırda faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
