Göyçayda qonşuların mübahisəsi qətllə bitdi
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda həmyerlilər arasında baş verən mübahisə ölümlə nəticələnib.
Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Kürdəmiş kənd sakini, 56 yaşlı Şahsən Yusifovla Cəyirli kənd sakini 25 yaşlı Novruz Mahmudov arasında mübahisə yaranıb. Bu zaman Novruz Mahmudov Şahsən Yusifova yumruqla ağır zərbə endirib. Nəticədə huşunu itirərək yıxılan Şahsən Yusifovu yaxınları Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Novruz Mahmudov isə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
#Göyçay teqi istifadə olunub
- "Soruşan yoxdur ki, satırsınız?" | Nar bağlarındakı xəstəlik səbəbi nədir? - Baku TV
- Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI
- Göyçayda güclü yanğın | 3 ailənin yaşadığı ev külə döndü - Baku TV
- Göyçayda dəhşətli yanğın | Ev sahibinə 100 mindən çox ziyan dəydi - Baku TV CANLI
- “Övladlarımız hər an təhlükədədir” | Sakinlər təşvişdə | “Yaxşı ki, heç kəsin başına...” - Baku TV
