Güclü külək 3 nəfəri xəstəxanalıq etdi | TƏBİB-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Güclü küləklə əlaqədar xəsarətlərlə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə üç çağırış daxil olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər.
Xəsarət alan üç nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunub. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə öz istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
#TƏBİB teqi istifadə olunub
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- Tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artdı - Baku TV CANLI
- TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırıldı | Detallar açıqlandı - Baku TV
- TƏBİB-dən yeni xidmət modeli - "Ambucycle”- Baku TV
