Güclü külək Mingəçevirdə aləmi bir-birinə vurdu | Sakinlər hər şeyi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə güclü külək fəsadlar törədib.
Nəticədə şəhərin “Günəşli” yaşayış massivində sakinlərdən birinə məxsus dəmir hasar uçub, həmçinin ərazidəki elektrik dirəkləri, naqillər qırılıb.
“Buradakı ağaclar 1983-cü ildə əkilib. Onlar qırılıb ziyan verəndə ayılırıq. Əvvəldən bu halları düşünüb qarşısını almaq üçün tədbir görmək lazımdır”, – deyə şəhər sakini Hacıağa İsgəndərov söyləyib.
Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev bildirib ki, gecə saatlarından başlayan güclü külək nəticəsində şəhər təsərrüfatına ciddi ziyan dəyib:
“Şəhərin müxtəlif ərazilərində 61 ağac aşıb. Onlardan bəziləri küçə və prospektlərdə hərəkəti məhdudlaşdırmışdı. Həmin ağaclar yollardan götürülərək gediş-gəliş bərpa olunub. Şəhidlər xiyabanında da 26 ağac aşıb. Hazırda onların fəsadları aradan qaldırılır”.
#Mingəçevir teqi istifadə olunub
- Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
