Güclü partlayış Yasamalda faciəyə səbəb oldu | Ölən və yaralananlar var - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evində güclü partlayış baş verib.
Hadisə evin birinci mərtəbəsində qeydə alınıb. Partlayışın təsirindən tikilinin bir hissəsi ciddi şəkildə dağılıb və ərazidə yanğın başlayıb. Hadisə yerinə dərhal cəlb olunan yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.
Faciə nəticəsində evdə yaşayan ailənin 16 yaşlı övladı həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sakinlər hadisə ilə bağlı Baku TV-yə açıqlama veriblər.
"Biz yuxarı mərtəbədə yaşayırıq. Qəfildən güclü partlayış səsi eşitdik və dərhal aşağı düşdük. Orada dörd nəfərdən ibarət bir ailə – ata, ana və iki qız övladı qalırdı", – onlardan biri söyləyib.
Digər bir sakin isə bildirib: "Mənim mənzilim ikinci mərtəbədə yerləşir, onlar isə birinci mərtəbədə qalırdılar. Dünyasını dəyişən şəxs onların övladıdır. Digər üç nəfəri isə yanıq xəsarətləri ilə xəstəxanaya apardılar".
#Yasamal teqi istifadə olunub
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
