Gürcüstanda dəhşətli qətl: hadisə ilə bağlı cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda 14 yaşlı soydaşımız dəhşətli qətlin qurbanı olub.
Təxminən 2 ay öncə ailə qurmaq məqsədilə qaçırılan Aytac Şahmarova 28 yaşlı Alim Sadıqov tərəfindən güllələnərək öldürülüb. Hadisədən sonra gizlənən Alim Sadıqov polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində 14 yaşlı soydaşımızın ölümündə onun anası və dayısı da təqsirli bilinərək barələrində həbs qətimkan tədbiri seçilib.
Baku TV-nin Gürcüstan bürosunun əməkdaşları Aytac Şahmarovanın atası evində olsalar da, onun ailəsi danışmaqdan imtina edib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, 2023-cü ilin yayında Aytac Şahmarovanı nikaha daxil olmağa məcbur etmək məqsədilə qaçıran Alim Sadıqov onu Saqareco rayonunun Ləmbəli kəndinə gətirib. Buna baxmayaraq, Aytac gizlincə evdən çıxıb və tanımadığı şəxsin mobil telefonu ilə anası ilə əlaqə saxlayıb, oğurlanması barədə məlumat verib. Azyaşlının anası və dayısı ona qarşı törədilən ağır cinayətdən xəbər tutsalar da, bu barədə heç kimə məlumat verməyiblər və uşağı qaçıran şəxslə yaşamağa məcbur ediblər.
Prokurorluq cinayəti törədən hər 2 şəxsi əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayan uşağı nikaha məcbur etmə və cinayət barədə xəbər verməmə faktları ilə ittiham edib. Gürcüstan Daxili İşlər Nazirliyində cinayətdə əli ola biləcək digər şəxslərin də müəyyən edilərək ifşası istiqamətində araşdırmalar davam edir.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
