Pleyeri seçin:

Həbs olunan idarə rəisi kimdir və nədə ittiham olunur? | Baş Prokurorluqdan açıqlama

20 avqust 2024 697 baxış

Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazidə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunması və müvafiq tikinti işlərinin aparılmasına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.

İstintaqla 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Əliyev Arzu Təvəkkül oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar və külli miqdarda rüşvət alma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Hazırda həmin cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir", – deyə məlumatda qeyd edilib.

Banner
Qaradağda məktəb direktorunun maşını yandırıldı - Baku TV

Qaradağda məktəb direktorunun maşını yandırıldı - Baku TV

Hadisə
12 oktyabr 2026 697 baxış
Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI

Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI

Hadisə
12 oktyabr 2026 697 baxış
36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV

36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV

Hadisə
12 oktyabr 2026 697 baxış
Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV

Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV

Hadisə
12 oktyabr 2026 697 baxış
Tovuzda şübhəli ölüm: "Qapını bağlayıb, çimməyə girib" | Hadisənin əsl səbəbi nədir? - Baku TV

Tovuzda şübhəli ölüm: "Qapını bağlayıb, çimməyə girib" | Hadisənin əsl səbəbi nədir? - Baku TV

Hadisə
11 oktyabr 2026 697 baxış
Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI

Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI

Hadisə
11 oktyabr 2026 697 baxış
“Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV

“Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV

Hadisə
10 oktyabr 2026 697 baxış
Lənkəranda ağaclar aşdı, sakinlər çətin durumda qaldı - Baku TV CANLI

Lənkəranda ağaclar aşdı, sakinlər çətin durumda qaldı - Baku TV CANLI

Hadisə
10 oktyabr 2026 697 baxış
Müəmmalı hadisə | Bu qədər maşın niyə yanıb külə döndü? - “Partlayış səsi gələndə...” - Baku TV

Müəmmalı hadisə | Bu qədər maşın niyə yanıb külə döndü? - “Partlayış səsi gələndə...” - Baku TV

Hadisə
10 oktyabr 2026 697 baxış
Masazırda heyrətə gətirən hadisə | 4 avtomobili eyni anda alov bürüdü - Baku TV CANLI

Masazırda heyrətə gətirən hadisə | 4 avtomobili eyni anda alov bürüdü - Baku TV CANLI

Hadisə
10 oktyabr 2026 697 baxış
Seçilmişlər
icon