“Hərəsi bir tərəfdən vəhşicəsinə...” | Sumqayıtda dəhşətə gətirən hadisə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda mübahisə qanla nəticələnib. Hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 31 yaşlı Vasif Məmmədov münaqişə zəminində 26 yaşlı Vüqar Nəcəfova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Zərərçəkənin qardaşı İlqar Nəcəfov hadisənin detalları barədə danışıb. Onun sözlərinə görə, hadisə əvvəlcədən planlaşdırılıb:
“Qardaşım narkozdan ayılandan sonra dedi ki, ona üç nəfər hücum edib. Əvvəlcə onu hadisə yerinə çağırıblar, daha sonra iki nəfər tutub, biri isə bıçaqlayıb. Dörd bıçaq xəsarəti alıb. Bir gün əvvəl aralarında mübahisə olub, sonra isə qardaşıma dəfələrlə zəng ediblər. Hadisə planlı şəkildə törədilib, qardaşımı öldürmək üçün oraya çağırıblar”.
Hazırda Vüqar Nəcəfovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
