Pleyeri seçin:
Həyatını itirən ADPU tələbəsi ilə bağlı fakt | Həkim danışdı
Cəlilabadın Sabirabad kənd sakini Sevil İbayeva qızılcadan dünyasını dəyişib.
O, ötən ilin dekabr ayının sonlarında Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə kəskin halsızlıq, dəridə səpkilər və yüksək hərarət kimi şikayətlərlə daxil olub.
Həkim-infeksionistin müayinəsindən sonra xəstəyə qızılca diaqnozu qoyulub və ambulator müalicəyə yazılıb. Lakin dekabrın 30-da xəstədə kəskin ağırlaşma baş verib və birbaşa Reanimasiya şöbəsinə yerləşdirilib. O, təcili qaydada intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, Sevil İbayevanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sevil İbayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
Kopyalandı
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
