Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə dələduzluq edən şəxs ələ keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı altında dələduzluq edərək aldadan pakistanlı saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Bakıda polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir nəticəsində Azərbaycan ərazisinə gələn 3 nəfər Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Şahid Kamran Ali saxlanılıb. O, zərərçəkənlərə ABŞ-yə getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.
“Şahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər”, – DİN-dən bildirilib.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
