Pleyeri seçin:
İdarəetməni itirən avtomobil faciəyə səbəb oldu | Dəhşətli qəzanın təfərrüatı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala-Muğanlı yolunda hərəkətdə olan “KIA” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2106”ya çırpılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həmçinin “KIA” markalı avtomobilin sürücüsü Fəryad İbrahimov və sərnişin qismində olan 13 yaşlı oğlu, eləcə də “VAZ-2106”dakı sərnişin 1977-ci il təvəllüdlü Xalidə Əliyeva hadisə zamanı xəsarət alıblar.
Faktla bağlı ərazi üzrə polis oqranında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Kopyalandı
