“İki balama necə baxacağam, ağır cəza versinlər!” | 22 yaşlı gəlinin faciəvi sonu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə dekabın 11-də əməliyyat olunan 22 yaşlı qadın 5 gün sonra xəstəxanada həyatını itirib.
Rayonun Qarasu kənd sakini Məleykə Nurməmmədovanın yaxınları onun ölümündə həkimi ittiham edirlər.
Onların sözlərinə görə, Məleykə Nurməmmədova dekabrın 11-də həkimə müraciət edib, analizləri nəticəsində kistası olduğu aşkar edilib və əməliyyat olunub. Ancaq əməliyyatdan 5 gün sonra qan azlığı səbəbindən qan köçürülməsi edildikdən sonra onun vəziyyəti pisləşib.
Mərhumun atası Müsəllim Məmmədov həkimlərə sərt cəza verilməsi tələbini irəli sürüb və qeyd edib ki, bu, xəstəxanada baş verən 3-cü belə ölüm hadisəsidir:
“Sabah 4-cü də olacaq. Kistadan heç kim ölmür, bunu bacarmırsınızsa, göndərin Bakıya, camaatın balasını niyə qırıb öldürürsünüz? Həkimlərə ağır cəza verilsin”.
Mərhumun həyat yoldaşı Simran Nurməmmədov isə əməliyyatı həyata keçirən həkimdən təzminat tələb edir: “İki azyaşlı uşağım var, onlara necə baxacağam? Həkimdən təzminat istəyirəm”.
Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 11-də saat 15:15 radələrində vəziyyətinin pisləşməsi səbəbilə xəstəxanaya müraciət edən qadına müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub və pasiyentdə sağ yumurtalığın pazvari rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonrakı dövr stabil olub:
“Dekabrın 16-sı saat 16:00 radələrində ani ürək dayanması baş verib və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, dekabrın 16-sı saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb”.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
#Həkim səhlənkarlığı teqi istifadə olunub
- “Həkim qızımın başında tampon unudub” | Ana fəryad etdi: “Hər an iflic ola bilər...” - Baku TV
- Dişini çəkdirdi, ağır xəstəliyə tutuldu | Dəhşətli hadisənin detalları - Baku TV CANLI
- Dişini çəkdirdi, canından oldu | “Ayıbdır, boynuna almır, uşağım qışqıranda deyib ki...” - Baku TV
- Dəhşətə gətirən hadisə | Vətəndaş həkim səhvinin qurbanı oldu? - Baku TV CANLI
- Vaxtı keçmiş dərmanlar, lisenziyasız klinikalar - Səhiyyədə nə baş verir? - XÜLASƏ
