İmişlidə ağır qəza | Xəsarətalanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “Mitsubishi” markalı minik avtomobili və “Ford” markalı yük maşını toqquşub, qəza nəticəsində yük maşını aşıb.
Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Dövlət Yol Polisinin əməkdaşları cəlb ediliblər.
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər çıxarılıb.
Hadisə nəticəsində xəsarət alan üç nəfər – İbrahim Xəlil Nizami, Atamoğlan Nazim oğlu Məmmədov, Nofel Fərmayil oğlu Eyvazov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
#Yol qəzası teqi istifadə olunub
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
