İnsanların pulunu bu yolla oğurladılar | DTX təcili hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (SOCAR), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Məlumatda bildirilib ki, cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb.
Belə ki, beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak edən Azərbaycan vətəndaşları – 1998-ci il təvəllüdlü Rafiq Mahir oğlu Zöhrabov və 1979-cu il təvəllüdlü Sərdar Əlixan oğlu Niftalıyev Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.
#Kibercinayətkarlıq teqi istifadə olunub
- Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır
- Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV
- Maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxs saxlanılıb - Baku TV
- Bir milyon manata yaxın məbləği leqallaşdıran Rusiya vətəndaşı həbs olundu - Baku TV
- 23 yaşlı Zaur 150-yə yaxın şəxsi görün necə aldadıb | Kiberpolisdən əməliyyat - Baku TV
