İran vətəndaşı ilə əlbir olub narkokuryerlik edən şəxs saxlanıldı | DİN-dən əməliyyat
Sosial şəbəkədə tanış olduğu İran vətəndaşına pul müqabilində narkokuryerlik etməkdə şübhəli bilinən şəxsdən üç kiloqram heroin aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Elçin Əlizadə saxlanılıb.
Onun üzərindən və avtomobilindən 3 kiloqramdan artıq narkotik vasitə – heroin və psixotrop maddə – metamfetamin aşkarlanaraq götürülüb. O, narkotik vasitələri satış məqsədilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- DİN əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini yad ediblər - Baku TV
- 2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT
- DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV
- DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV
