İranlıdan narkotik alan şəxslər belə ifşa edildi | Göyçayda polisdən təcili əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Vurğulanıb ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 54 yaşlı Vəli Quliyev və 35 yaşlı Nuranə Məmmədzadə saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın marixuana, 2 kiloqram 280 qram tiryək və 425 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər. Məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Tural Alıyev və daha 9 nəfər saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
#Göyçay teqi istifadə olunub
- "Soruşan yoxdur ki, satırsınız?" | Nar bağlarındakı xəstəlik səbəbi nədir? - Baku TV
- Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI
- Göyçayda güclü yanğın | 3 ailənin yaşadığı ev külə döndü - Baku TV
- Göyçayda dəhşətli yanğın | Ev sahibinə 100 mindən çox ziyan dəydi - Baku TV CANLI
- “Övladlarımız hər an təhlükədədir” | Sakinlər təşvişdə | “Yaxşı ki, heç kəsin başına...” - Baku TV
