İşıqlandırılmayan yolda növbəti qəza | Avtomobil aşdı, 5 nəfər xəstəxanalıq oldu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə qaranlıq və işıqlandırılmayan yol növbəti dəfə ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.
Hadisə rayonun Pirli kəndi ərazisində baş verib. Belə ki, 48 yaşlı Ramil Hüseynov idarə etdiyi “Toyota” markalı avtomobillə kənd yolunda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan Pirli kənd sakinləri – 37 yaşlı Maxruq Əliyeva, 16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü, 48 yaşlı Ramil Hüseynov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Sakinlərin sözlərinə görə, qəzanın baş verdiyi ərazidə yol işıqlandırılmır, həmçinin sərt döngələrdə yol nişanlarının olmaması sürücülər üçün təhlükə yaradır.
“Qaranlıqdır, görünmür. Mal-qara yola çıxır. Sərt döngədir, işıqsızdır. Sürücü də gəlir, görmür, düşür”, – sakinlərdən biri deyib.
Digər sakin isə bildirib ki, ərazidə əvvəllər də bir neçə qəza baş verib:
“Kənd camaatı yolu bilir, amma kənardan gələn sürücülər bilmirlər. Xahiş edirik ki, bu yol işıqlandırılsın. Burada üç-dörd belə hadisə olub. Sərt döngələrdir, yol nişanları qoyulmur, işıqlandırma yoxdur”.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
