İsmayıllıda ağır qəza | Sürücü sükan arxasında sıxışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonu, Eyyubbəyli kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü, Ağsu rayon Padar kənd sakini 27 yaşlı Elşən Atamalızadə deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
O, əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonra isə vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
