İsmayıllıda sel suları fəsadlar törətdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda baş verən təbiət hadisəsi bir sıra kəndlərə ciddi ziyan vurub. Əsəsən rayonun dağətəyi kəndlərində böyük fəsadlar qeydə alınıb.
İntensiv yağıntılar nəticəsində yaranan sel suları evlərə və həyətyanı sahələrə dolub. Cülyan kəndini içməli su ilə təmin edən əsas xətti yararsız vəziyyətə düşüb.
İyulun 4-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruz Aslanov Lahıc qəsəbəsində olub. Təbii fəlakət nəticəsində qəsəbəyə dəyən ziyan barədə məlumat verilib.
Rayon rəhbəri Cülyan kəndində də olub. Cülyançayda görülən işlərlə tanış olub, öz tapşırıqlarını verib.
İsmayıllı Rayon Suvarma Sistemləri İdarəsinin canlı qüvvəsi və 10 dan çox texnikası Lahıc, Gəndov, Cülyan, Talıstan və Gəraybəyli kəndlərinə cəlb olunub. Cülyançayda isə ilk dəfə olaraq yeni beton körpü salınır, kəndin su xəttinin təmir edilməsi istiqamətində təxirəsalınmaz işlər görülür.
Hazırda təbii fəlakət nəticəsində rayona dəyən ziyanın məbləği hesablanır.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
