Pleyeri seçin:
İsmayıllıda sel təhlükəsi: vətəndaşlar təxliyə edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda çaya sel gəlməsi səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər.
Belə ki, Fövqəladə Hallar Nazirliyinə rayonun Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
Xilasedicilər təhlükəli vəziyyətdə qalan vətəndaşlar – 45 yaşlı Raqif Şirinov, 42 yaşlı Cəlil Bağıyev, 42 yaşlı Etiram Bağıyev və 43 yaşlı Abuzər Şirinovu sel gələn ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.
Kopyalandı
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
