İsmayıllıda sinif yoldaşları arasında insident | Sinif rəhbəri hadisəni ört-basdır edib?
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında insident yaşandığı iddia edilir.
Hadisənin martın 13-də baş verdiyi bildirilir.
Belə ki, sözügedən tarixdə məktəbin 8-ci sinif şagirdi Nihad Qədirov sinif yoldaşı Adəm Məlikovun üzərinə stul atıb. Stulun dəmir hissəsi Adəmin əlini yaralayıb.
İddialara görə, həmin şagirdlərin oxuduğu sinfin rəhbəri Gülnarə Qasımova uşaqlara tapşırıq verib ki, bu məsələni heç kim bilməsin. O bu barədə Adəmin valideyninə və tibbi yardım göstərilməsi üçün təcili yardıma məlumat verməyib.
Həmçinin bildirilir ki, o, valideynlərin olduğu “WhatsApp” qrupuna hədə-qorxu dolu mesajlar yazıb. Gülnarə Qasımova göndərdiyi səs yazısında valideynlərin bu məsələni gizlətməli olduqlarını deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, məktəblinin xəsarət alması ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
