İstədim ki, hamı məni ölmüş bilsin... | 9 aydır axtarılan Kənan Baku TV-yə hər şeyi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dənizdə boğulduğu ehtimal edilirdi, amma 9 aydan sonra sağ-salamat tapılıb.
Polis tərəfindən itkin kimi axtarılan 28 yaşlı Qurbanlı Kənan artıq evində – ailəsinin yanındadır.
Doqquz ay axtarışda olan Kənan başına gələnləri Baku TV-yə danışıb:
“Bu müddət ərzində küçədə yaşadım, fəhlə kimi işlədim. Bütün sənədlərimi evdə qoymuşdum. Atamla mübahisələrimiz olurdu. Deyirdi ki, az iç, belə olmaz. Dəfələrlə skripkamı sındırmışdı, deyirdi ki, musiqi səni uçuruma aparır, ondan uzaqlaş.
Planlaşdırırdım ki, nə vaxtsa qayıdacağam. Səslərini eşitmək üçün zəng etdim. Atam telefona cavab verdi, hiss etdi ki, mənəm. O zəngdən sonra nömrəni qırıb tulladım ki, birdən araşdırıb taparlar. Artıq getmək fikrim yoxdur, ailəmin yanındayam”.
Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən Kənan Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.
#Sabunçu teqi istifadə olunub
- Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV
- Ərini öldürməkdə təqsirləndirilən qadına ağır cəza verildi - Baku TV
- "Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV
- "Sabunçuya baxan yoxdur!" | Antisanitar vəziyyət | "Bizə hörmət etmirlərsə, heç olmasa..." - Baku TV
- Sabunçu sakinlərinin yol və zibil problemi
