Keçmiş hərbçi 5 nəfəri güllələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 20-si gece saat 1 radələrində Gürcüstanın Saqareco şəhərində Daxili İşlər Nazirliyinin əməkdaşları axtarışda olan keçmiş hərbçini saxlamaq üçün xüsusi əməliyyat keçiriblər.
Yerli mətbuatın məlumatına görə, xüsusi əməliyyat zamanı silahlı insident yaşanıb. Belə ki, polis əməkdaşlarını görən 48 yaşlı silahlı şəxs mənzilinin eyvanından avtomatdan bir neçə dəfə atəş açıb. Bu zaman ərazidə olan biri polis əməkdaşı olmaqla 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bundan sonra hadisə yerinə əlavə polis qrupları səfərbər edilib. Bir saat davam edən əməliyyatdan sonra polis əməkdaşları cinayətkarın evinə daxil olmağı bacarıblar.
Nazirlikdən bildirilib ki, xüsusi təyinatlılar evə daxil olan zaman silahlı şəxs özünü güllələyib. Məlumata əsasən, hadisəni törədən şəxs Vaziani bölməsində xidmət edən və beynəlxalq missiyalarda iştirak edən keçmiş hərbi qulluqçu Nodar Atuaşvilidir.
Qeyd edək ki, ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri də hadisə yerində olub. Faktla bağlı istintaq başladılıb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
